Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Ölkədə Yeni dövr yeni imkanlar kontekstində…”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Ölkədə Yeni dövr yeni imkanlar kontekstində…”, ÖZEL.

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Ölkədə Yeni dövr yeni imkanlar kontekstində…”, ÖZEL
REKLAM ALANI
26.09.2024
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Ölkədə Yeni dövr yeni imkanlar kontekstində…”, ÖZEL

 

Millet vekili Meşhur Memmedov,

Azərbaycan uğurla keçirilən prezident və parlament seçkilərini geridə qoydu. Builki seçkilər tariximizin şanlı səhifələri sırasındadır. Müstəqil Azərbaycan tarixində ilk dəfə idi ki, bu seçkilər ölkəmizin bütün ərazilərində keçirildi. Seçkilərlə yanaşı, İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixə qızıl hərflərlə yazılacaq hadisədir.

Prezident İlham Əliyev cari ilin 23 sentyabr tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bir sıra mühüm mesajlar verdi, yeni dövrdə yeniləşən Azərbaycanla bağlı gələcək strategiyaları açıqladı. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyub və qısa zaman ərzində göstərilən yüksək nəticələr göz qabağındadır.

 

Möhtəşəm Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və peşəkar diplomatiya bacarığı sayəsində son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Fəxrlə qeyd etməliyik ki, İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Doğrudur, ermənipərəst qüvvələr Qələbəmizi həzm edə bilmir, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim, nə də xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
30 il ərzində torpaqlarımızın işğalına susan güc dövlətləri sübut etdi ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.
Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi bitib, tarixə qovuşub. Postmüharibə dövründə ölkə qarşısında, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi durur. Postmüharibə dövründə bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib.

Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur – bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır.
Ermənistan və onun arxasında duran istənilən dövlət bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Komando Qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir.
Bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb. Onlar daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Artıq bir neçə yerli Azərbaycan şirkəti, özəl şirkət hərbi sənaye kompleksinin inkişafında iştirak edir.
Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin.

Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizə qarşı ideoloji təxribatlar davam edir. Onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür.
Bir sözlə, bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.

Ülker PİRİYEVA/AZERBAYCAN

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.