Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Aktaudakı Azərbaycan Mərkəzində anım tədbiri təşkil edilib

Aktaudakı Azərbaycan Mərkəzində anım tədbiri təşkil edilib
REKLAM ALANI
05.04.2023
A+
A-

 

 

 

Aktaudakı Azərbaycan Mərkəzində anım tədbiri təşkil edilib
, 2023
Aktaudakı Azərbaycan Mərkəzində anım tədbiri təşkil edilib

Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycan Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

 

 

 

 

Tədbirdə Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı v.i.e. Elçin Məmmədov, Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin beynəlxalq əlaqələr və turizm kafedrasının müdiri Elvira Janqojayeva, azərbaycanlı və qazax tələbələr iştirak ediblər.

Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov açıb. O, erməni silahlı quldurlarının bölşeviklərlə birlikdə 1918-ci il martın 30-dan aprelin 3-dək Bakıda və ölkəmizin müxtəlif şəhər və qəzalarında dinc azərbaycanlılara qarşı vəhşicəsinə törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verib. Mart soyqırımını xalqımızın tarixinə yazılmış ən dəhşətli faciələrdən biri adlandıran mərkəz rəhbəri qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanına əsasən, 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Sonra universitetin tələbələri Vüsalə Əsgərova, Aytac Nağıyeva, Ayna Etrek və Gülzar Adilovanın faciəyə həsr olunmuş təqdimatları nümayiş etdirilib və mart qırğınından bəhs olunan sənədli film göstərilib.

Tədbir çərçivəsində mart soyqırımını əks etdirən kitablar təqdim olunub.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/aktaudaki-azerbaycan-merkezinde-anim-tedbiri-teskil-edilib-2722

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.